Azərbaycanda tutulan seksual manyakla bağlı YENİ XƏBƏR - VİDEO
- 3-07-2017, 12:51
- 56 858
Bu arada məlum olub ki, seksual manyakla bağlı Abşeron rayon Polis İdarəsinə Xırdalan sakini olan 3 nəfər tərəfindən müraciət daxil olub. Onlar manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər.
Qeyd edək ki, seksual manyakın tutulmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
*****
2 iyul
Abşeron rayonunda uşaqlara təcavüz edən manyak peyda olub.Ötən gün həmin şəxs Xırdalan şəhərində 6 yaşlı uşağa təcavüz etmək istəyən zaman ətrafda yaşayan sakinlər tərəfindən tutulub.
Sakinlər əvvəlcə həmin şəxsi döyüblər. Daha sonra isə rayon polis idarəsinə məlumat veriblər. Əraziyə gələn bir neçə polis işçisi adı hələ ki açıqlanmayan şəxsi idarəyə aparıblar. Manyakın polis şöbəsinə aparılmasını əks etdirən kadrlarda da ayın görünür.
Abşeron rayon Polis İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, son vaxtlar Xırdalanda insanlar arasında uşaqlara təcavüz edən seksual manyakın peyda olması ilə bağlı təşviş yaranıbmış.