Həftəsonu rayonlarda hava necə olacaq?
- 19-05-2023, 14:12
- 287
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Samur–Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 4-7 °isti, gündüz 13-16° isti olacaq.
Altıağac milli parkında havanın əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.
Ağgöl milli parkında hava sabit, əsasən yağmursuz keçəcək. Lakin 21-də gecə və səhər arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.
Qızılağac milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.
Göygöl milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.
Şirvan milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-də gecə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.
Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.