"Baykar"la Azərbaycanda PUA-ların birgə istehsalına dair protokol İMZALANDI

Cəmiyyət

Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair niyyət protokolu imzalanıb.

Bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Qeyd olunub ki, protokolu “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb.