İcra başçısının baş həkim olan qardaşı işdən azad edildi - YENİ TƏYİNAT
- 8-04-2023, 15:00
- 945
Xalqxeber.az bizim.media-ya istinadən xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib.
O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.
Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına direktor təyin olunduğunu deyib.
Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.