Azərbaycanda Rusiyanın xüsusi gömrük orqanı yaradılır
- 12-03-2023, 19:00
- 542
Bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycanda Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü təmin edəcək böyük Xudat ərzaq qovşağının yaradılması üçün ayrıca layihə fəal şəkildə inkişaf edir. Həmçinin, bilavasitə terminalda xüsusi gömrük orqanının yaradılması nəzərdə tutulur. Bu isə gömrük əməliyyatlarının əsas hissəsini müvafiq mallar ərazimizə gələnə qədər həyata keçirməyə imkan verəcək”, - məlumatda deyilir.