Bakıda həbsxanada 3 məhkum ÖLDÜ

Cəmiyyət

 
Bakıda daha 3 məhkum həbsdə ölüb. 

Xalqxeber.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb. 

Orada saxlanılan məhkumlar - Vəli Heydər oğlu Əliyev, Ceyhun Əlihüseyn oğlu Şixəliyev və Nazim Kazım oğlu Yaqubov dünyasını dəyişiblər. 

Hər üç məhkumun xəstəlikdən öldüyü bildirilir.