Azərbaycan səfirliyinə qarşı erməni TƏXRİBATI

Cəmiyyət

 
Ermənilər ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.

Bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim "Twitter" hesabında yazıb.

“Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, - deyə o qeyd edib.