Media Reyestri “Elektron hökumət” portalına qoşulacaq

Cəmiyyət

 
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Media Reyestri” informasiya ehtiyatı “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına daxil edilib.