“Leylinin Məcnundan istədiyini Çovdarovdan istəyirəm” - Tağı Əhmədov + Video
- 21-06-2017, 13:14
- 56 503
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, "Bakı Metropoliteni"nin sabiq sədri Tağı Əhmədov iştirak edib.
Onun ifadə verəcəyi gözlənilir. Hazırda proses davam edir.
***
Tağı Əhmədov məhkəmədə ifadə verərək A.Çovdarovun ondan 3 milyon manatı necə almasından danışıb. Proses iştirakçılarının ondan "tələbiniz nədir, nə istəyirsiniz?" sualına belə cavab verib: "Hamı "Leyli və Məcnun"u oxuyub. Leylinin Məcnundan nə istədiyi də bəllidir. Leylinin Məcnundan istədiyini mən Çovdarovdan istəyirəm. Pulumu istəyirəm".
Prosesdən çıxan T.Əhmədov jurnalistlərə açıqlama vermədən maşınına oturaraq gedib.
***
T.Əhmədov istintaqa ifadəsində Çovdarova verdiyi 3 milyon manatı 40 illik əmək haqqısını yığaraq əldə etdiyini deyib."Qafqazinfo"nun "Hələ də əmək haqqınızı yığırsınızmı?" sualına cavab verməyib.