Bakıda özünü 12-ci mərtəbədən atan gənc sağ qaldı
- 11-01-2023, 13:18
- 586
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə saat 21 radələrində 2004-cü il təvəllüdlü O.İ. özünü Binəqədi rayonu İ.Hacıyev küçəsində yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanından atıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
O.İ. reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.