Sülhməramlıların avtomobilləri Laçın yolundan maneəsiz keçib
- 31-12-2022, 18:00
- 568
Xankəndidən Laçın istiqamətinə rusiyalı sülhməramlılara məxsus daha bir neçə təminat-təchizat avtomobilləri Laçın yolundan maneəsiz keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.