Laçın yolundan BQXK-nin daha 3 maşını keçdi
- 25-12-2022, 19:00
- 336
Nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.
Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib.
Qeyd edək ki, BQXK-nin məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.