Rövnəq Abdullayevin birinci kursda oxuyarkən çəkilən şəkili üzə çıxdı (FOTO)

Cəmiyyət

ARDNŞ prezidenti Rövnəq Abdullayevin maraqlı gənclik fotosu üzə çıxıb.

Foto düz 35 il əvvəl - 1982-ci ildə çəkilib. O vaxt Rövnəq Abdullayev İnşaat Mühəndislər İnstitutunun I kursunda oxuyurmuş və institutun yataqxanasında qalırmış. 1983-cü ildə isə o, hərbi xidmətə yollanıb və 1985-ci ildə ordu sıralarından qayıtdıqdan sonra köçürmə yolu ilə Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib…

Fotonu redaksiyaya göndərənlərin yazdığına görə, şəkildəki soldakı şəxs - Rövnəq Abdullayevin Bakıda yataqxanada qaldığı zaman onunla otaq yoldaşı olmuş, Şəkidə doğulan Azər Həmidovdur.

Maraqla qarşılanacağını nəzərə alıb, fotonu təqdim edirik:



strateq.az