İstintaqa cəlb olunan nazir müavini İŞDƏN ÇIXARILDI
- 3-11-2022, 17:16
- 405
Sərəncamla Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabr ayının 1-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib, bir neçə vəzifəli şəxs saxlanılıb. Nazirin birinci müavini Elnur Əliyev də istintaqa cəlb olunmuşdu.