Bakı Su İdman Sarayı Türkiyə bayrağı ilə işıqlandırıldı

Cəmiyyət

 
Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Su İdman Sarayı bu ölkənin bayrağı ilə işıqlandırılıb.

Şəhərin müxtəlif yerlərindən idman sarayın üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Su İdman Sarayı tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaradıldığı gündür.