Cəbrayıla 18 ceyran buraxıldı - YENİLƏNİB
- 19-10-2022, 17:00
- 348
Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görüləcək işlərlə bağlı məlumat verdi.