Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
- 21-09-2022, 17:05
- 553
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 833 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 183, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 448, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 63 nəfərdir.