"Bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük" - Prezident
- 2-09-2022, 18:47
- 433
Hökumətdəki mənbə iddia edir ki, "yuxarılar" tərəfindən yerlərdə narazılıq yaradan rayon rəhbərlərinin kimliklərinin müəyyən edilməsi üçün hərəkətə keçilib.
Mənbənin dia.az-a söylədikləri: "Əslində, Prezident Administrasiyasında şikayətlər şöbəsində belə bir siyahı hər zaman hazırlanır. Bu dəfə fərq ondadır ki, nəticələrə görə sərt cəzalar verilə bilər".
Mənbə bu günə olan nəticələri DİA.AZ-a təqdim edib. Beləliklə, bu il barəsində ən çox şikayət olunan icra başçılarının ilk onluğu aşağıdakı kimidir:
1. Sabirabad rayonu;
2. Lənkəran rayonu;
3. Kürdəmir rayonu;
4. Samux rayonu;
5. Astara rayonu;
6. Lerik rayonu;
7. Zərdab rayonu;
8. Qusar rayonu;
9. Goranboy rayonu;
10. İmişli rayonu.
Çox güman bu siyahı üzrə növbəti kadr dəyişiklikləri də müşahidə oluna bilər. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
DİA.AZ