“Qədim Qəbələ” restoranlar şəbəkəsi Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
- 26-08-2022, 16:11
- 726
Mehriban Əliyeva bu gün Azərbaycan qadınının çoxəsirlik tarix boyu formalaşmış bir təcəssümüdür! Övladlarına, uşaqlara, dəstəyə ehtiyacı olanlarla münasibətdə biz onun timsalında bir ana görürük! Beynəlxalq zirvələrdə, konfrans və görüşlərdə, toplantılarda biz onun timsalında bir dövlət xadimi görürük! Ali Baş Komandanla səfərlərində, görüşlərində, daim onun yanında olaraq ən yaxın silahdaş, xanım görürük! O, Azərbaycan mədəniyyətini qoruyub saxlayan, inkişaf etdirən, təbliğ edən bir ictimai xadimdir!
“Qədim Qəbələ” restoranlar şəbəkəsi olaraq, Mehriban Əliyevanı bu gözəl gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı və Müzəffər Ali Baş Komandanla birlikdə Azərbaycanın şərəfli tarixini yazmaq üçün atdıqları hər bir addımda uğurlar arzulayırıq! “Qədim Qəbələ” restoranlar şəbəkəsi olaraq, xoşbəxtik ki, biz eyni tarixi paylaşırıq və ölkəmizin daha da qüdrətlənməsi üçün bundan sonra da var qüvvəmizlə çalışacağıq!
Malik Nəbiyev
“Qədim Qəbələ” restoranlar şəbəkəsinin rəhbəri, iş adamı