“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Cəmiyyət

Avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, Məmməd Araz 92 ünvanında (“Milyonerlər məhəlləsi” kimi tanınan küçə) 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi  üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.