Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırıldı

Cəmiyyət

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar yolun qeyd edilən hissəsində bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hərəkət hissə-hissə məhdudlaşdırılıb.

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.