Data jurnalistikasının inkişafı üçün xaricdən ekspertlər cəlb ediləcək
- 18-07-2022, 12:22
- 404
Xalqxeber.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, bu sahənin inkişafı ilə bağlı xaricdən ekspertlərin cəlb edilməsi nəzərdə tutulub:
"Burada əsas məqsəd Azərbaycanda data jurnalistikasının təşviqi jurnalistlərin bilik və bacarıqlarının inkişaf etdirmək və datanın cəmiyyətdə kommunikasiyasına dəstək verməkdir".