Finlandiya və İsveç NATO-ya üzvlük protokolunu imzaladı
- 5-07-2022, 15:40
- 403
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde NATO-ya daxil olmaq barədə protokollar imzalayıblar.
Bu barədə NATO-nun sözçüsü Oana Lunqesku tviter hesabında paylaşım edib.
Bildirilir ki, Alyansın Baş katibi Yens Stoltenberq də tədbirdə iştirak edir.