Prezident icra başçısını işdən çıxardı - Yeni təyinat

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim İsmayıl oğlu Məmmədovu vəzifəsindən azad edib.

xalqxeber.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər müvafiq sənədlə bu vəzifəyə yeni şəxs gətirilib. Sərəncamda deyilir:

“Kamal Camal oğlu Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”