Nazir: “Azərbaycanda rus bölməsi üzrə siniflərin bağlanması müzakirə mövzusu deyil”

Cəmiyyət

 
“Azərbaycanda rus bölməsi üzrə siniflərin bağlanması ilə bağlı məsələ müzakirə mövzusu deyil”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hazırda tədrisi digər dillərdə aparılan məktəblərin I siniflərinə şagird qəbulu prosesi davam edir.