Azərbaycanda vəzifəli şəxs işini tərk etdi

Cəmiyyət

 
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev vəzifəsini tərk edib.

“Report” xəbər verir ki, hələ ki, onun yerinə təyinat olmayıb.

Beləliklə, müavinlərin sayı 4-ə düşüb. Bunlar birinci müavin Mübariz Cabbarov, iqtisadi məsələlər üzrə müavin Cəlal Fərəcli, rejim üzrə müavin Nəzrəddin Əhmədzadə və ümumi məsələlər üzrə müavin Cəbrayıl Mahmudludur. Səhmdar cəmiyyətinə Rauf Vəliyev rəhbərlik edir.