Toy edənlərə PİS XƏBƏR - Şadlıq saraylarında bundan sonra...
- 22-05-2022, 03:19
- 1 429
Sfera.az xəbər verir ki, son aylar ərzində ərzaq qiymətlərində baş verən artım toy sektoruna da təsirsiz ötüşməyib. Ərzaq məhsulları bahalaşdığından şadlıq evlərində də menyuların qiyməti artıb.
Toy sektorunda bahalaşmanın təxminən 10-15 faiz arasında olduğu deyilir. Şadlıq evi müdiri Fərid Adıgözəlov deyir ki, qiymət artımı son 2-3 ay ərzində baş verib.
Müştərinin istəyinə uyğun olaraq daha aşağı qiymətə menyular da təqdim etmək olur. Bunun üçün isə menyudan bəzi yeməklər çıxarılır.
Yaxın vaxtlarda qiymətlərdə düşmənin olacağı gözlənmir. Toy sektorundan işləyənlər deyirlər ki, ərzaq və digər xərclərin bahalaşması bu templə davam edərsə, nəinki ucuzlaşma, bundan sonra bahalaşmanın olacağı da istisna edilmir.