Mehriban Əliyeva Qaradağda yaşayış kompleksinin təməlqoyma mərasimdə iştirak edib

Cəmiyyət

Bu gün Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoyub.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra Baş nazirin müavini Əli Həsənov, “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.