“Portağallı saç”, metal manikür, sadə makiyaj- Bu il belə görünün
- 24-01-2017, 14:28
- 3 250
xalqxeber.az 2017-ci ilin gözəllik trendlərini təqdim edir:
Qırmızı və narıncı rəngin birləşməsindən ilhamlanan “Blorange” saç rəngi
Qan portağalı adlanan bu rəng daha çox parlaqlığı ilə seçilir. Düz və buruq olmasından asılı olmayaraq hər bir saça yaraşdığı üçün artıq bir çox məşhurun seçimi olub. Bu ilin trend saç düzümlərində isə dəniz dalğası, keçən ildən kütləvi hal alan yarım topuzlar və müxtəlif hörük modelləri var. Belə hesab edilir ki, artıq təbii və saç maşalarından istifadə etmədən hazırlanmış saç modelləri üstünlük təşkil edəcək.
Zər və müxtəlif üsullarla hazırlanmış metal çalarlı manikür
Bu ilin əsas tendlərindən biri də metal rənglərini özündə əks etdirən manikür modelləridir. Ötən ilin sonlarında məşhurlaşan bu trend bu il yeni bir axın yaradacaq. Bu toz dırnaq boyaları digərlərinə nisbətən həm daha asan hazırlanır, həm də daha uzunmüddətlidir.
Sadə makyaj
Son bir neçə ildə öyrəşdiyimiz konturlu və ağır makiyajlar yerini sadə və təbii makiyaja verəcək. Təbiiliyin ön plana çıxacağı 2017-ci ildə çəhrayı, qırmızı və quru gül çalarlarındakı dodaq boyaları üstünlük təşkil edəcək.
Canlı və rəngli geyimlər
Bu ilin rənginin yaşıl olması barədə bu mövzuda yazdığımız başqa bir məqalədə qeyd etmişdik. Ancaq 2017 sadəcə yaşıl rənglə bitmir. Su mavisi, bənəvşəyi və sarı çalarlarını özündə əks etdirən xoruz ilində paltolar, pencəklər- bir sözlə üst geyimləri ön plana çıxacaq. Bundan başqa, futuristik və “pop-art” modellərin də üstünlük təşkil edəcəyi gözlənilir.