Abşeron rayonunda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üvzləri ilə görüş keçirilib
- 14-05-2022, 14:30
- 317
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zamanı “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcə də baş vermiş zorakılıq halları ilə əlaqədar müvafiq tədbirlərinin vacibliyini bildirmişdir.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda, məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulamışdır.
Sonra çıxış edən monitorinq qruplarının üvzləri yerlərdə baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə danışmışlar.
Daha sonra məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilmişdir.