Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu DƏYİŞDİ
- 5-05-2022, 18:30
- 660
Nazirlər Kabineti “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişiklik edib.
“Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti və Nəqliyyat Təlim-Tədrisi Mərkəzi siyahıdan çıxarılıb.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısına daxil edilib.