"Azərbaycana geni dəyişdirilmiş meyvələrin özü yox, toxumları gətirilir" - Deputat

Cəmiyyət


"Qida təhlükəsizliyi vətəndaşın təhlükəsizliyi deməkdir".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda insan psixologiyasına təsir edən məhsullar var:

"Geni dəyişdirilmiş məhsullar əsas problemlərdir. Hətta artıq Azərbaycana geni dəyişdirilmiş bu meyvələrin özü yox, toxumları gətirilir".