Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir
- 26-05-2017, 15:37
- 117 700
Hər gün üçün niyyət isə belə edilir: “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.
Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən bu il Ramazan ayı Azərbaycanda miladi təqvimlə mayın 27-də başlayır.
Bildirək ki, Ramazan ayı müsəlman təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar vacib buyurulmuş oruc tuturlar.
SalamNews İA-nın kollektivi bütün İslam aləmini o cümlədən Azərbaycan xalqını Allahın rəhmət və bərəkət ayı – Ramazının başlanması münasibəti ilə təbrik edir, bu ayda edilən bütün duaları Allah dərgahında qəbul olunmasını diləyir.
Ramazan ayınız mübarək olsun!
Sabah İmsak vaxtı 03.19; Sübh azanı 03.34; Şam namazı 20.17