Britaniya səfiri Azərbaycana başsağlığı verdi

Cəmiyyət

 
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda gecə klubunda partlayışla əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə səfir Tvitterdə paylaşım edib.

“Aprelin 3-də Bakıda baş vermiş qaz partlayışı ilə əlaqədar insan itkisinə görə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin hamısına şəfa diləyirəm”, - o qeyd edib.