İcra başçısı müavinini və baş mühasibi İŞDƏN ÇIXARDI - FOTO

Cəmiyyət

 
Xətai Rayon İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işdən çıxarılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Quluyev müvafiq əmrlər imzalayıb. 

Əmrlərə əsasən, icra başçısının birinci müavini Anar Səmədov və RİH-nin sektor müdiri - baş mühasib Emin Məmmədzadə tutduqları vəzifədən azad ediliblər.

Hələlik onların yerinə təyinat yoxdur.