Prezidentdən Mahmud Nəbiyevlə bağlı sərəncam

Cəmiyyət

Prezident İlham Əliyev “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, sərəncamda bildirilir:

"Azərbaycan Respublikasının prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Yusif oğlu Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verilsin".

Qeyd edək ki, Mahmud Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədridir.