Kamran Əliyev rayon prokurorunu pensiyaya göndərib - ƏMR

Cəmiyyət

Salyan rayon prokuroru vəzifəsindən azad olunub.

Baş prokuror K.Əliyevin müvafiq əmri ilə Salyan rayon prokuroru Firdovsi Nemətli işdən çıxarılıb. Onun yaş həddinə görə təqaüdə çıxdığı bildirilir.

Məlumata görə, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, 2011-ci ildə Yevlax rayon prokuroru vəzifəsini icra edən edən F.Nemətli əvvəlki Baş prokurorun əmri ilə Salyan rayon prokurorluğu vəzifəsinə təyin edilmişdi. //report//