Qaz sayğacları ilə bağlı əhaliyə VACİB XƏBƏR
- 10-03-2022, 08:56
- 429
Azəriqaz istehsalat birliyi yeniliklə bağlı bəzi detalları açıqlayıb.
Qaz sayğaclarının oxunması asanlaşacaq. Bu məqsədlə süni intellektdən istifadə ediləcək. Azəriqaz istehsalat birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, bununla bağlı işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə yeni proqram sınaqdan uğurla keçib.
Qurum rəsmisi qeyd edib ki, yenilik abonentlərin qaz sərfiyyatı ilə bağlı göstəricilərinin oxunmasında yaşanan çətinlikləri aradan qaldıracaq. Eldəniz Vəliyev bildirib ki, sayğacla bağlı bütün məlumatlar sistemdə öz əksini tapacaq.
Eldəniz Vəliyev əlavə edib ki, yeni sistem yaxın vaxtlarda tətbiq ediləcək. ("Xəzər Xəbər")