"Pensiya yaşının azaldılması gündəmdə deyil" - DSMF sədri
- 8-02-2022, 16:00
- 540
"Azərbaycanda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil".
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, araşdırmalar ölkədə orta ömür uzunluğunun 77 yaşdan çox olduğunu göstərir:
"Hətta pensiyaçılarımızın yaş həddi də həmin rəqəmin üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır".