“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” DİN-ə verilib

Cəmiyyət

Bakı Nəqliyyat Agentliyinin balansında olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin balansına verilir.

Bu Prezident İlham Əliyevin bu gün imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanında əksini tapıb.