“Bakcell”in soyğunçuluğu pik həddə: Abunəçi şirkəti ifşa etdi - Faktlar

Cəmiyyət

“Sizə şikayətim Bakcell mobil operatorundandır. Deməli mən 077 594 89 18 nömrəmi Mobil Nömrə­lərin Daşınması Xidməti vasitəsi ilə Azerfondan (Nar) Bakcell­-ə 03.04.2017-ci il tarixində daşıdım. Lakin Bakcell-in xidmət səviyyəsi bərbad vəziyyətdədir”.
Bu sözləri abunəçi İlkin Məmmədkərimov yazıb. Onun sözlərinə görə, Bakcell-də məsuliyyət və abunəçilərə fərdi yanaşma yoxdur:
“Müştəri Xidmətlərində təmsilçilər abunəçinin problemini qeydə almaq əvəzinə əksinə abonenti borclu çıxardır, üstəlik call center-də çalışan "təmsilçilər" tərbiyəsizcəsinə əlaqəni kəsirlər.
Bakcell-də sadaladığım bütün hallar şirkət tərəfindən normal hal kimi qiymətləndirilir. Belə olmasaydı mobil operator abunəçilərin şikayətinə məsuliyyətlə yanaşar, müştəri məmnuniyyəti şirk­ət üçün ön planda olardı.
Lakin görünən odur ki, Bakcell-i müştəri məmnuniyyəti, xidmət səviyyəsi maraqlandırmır. Bakcell-i maraqlandıran yalnız soyğunçuluqla abunəçilərin pulunu oğurlamaqdır.
Bu il girəndən Bakcell tariflərini sürətlə qaldırır. Məsələn, əvvə­llər nömrənin dublik­atının çıxarılması 2 manat 50 qəpik idis­ə, indi 3 manat 50 qəpikdir.
Yeni ada qeydiyyat 2 manatdan 4 manata, izahlı qaimənin, yəni nömrədən gedən zənglərin siyahısının çıxarılması 1 ay üçün 2 manatdan 3 manata, 2 ay üçün 4 manatdan 6 manata, 3 ay üçün 5 manatd­an 9 manata qaldırılıb”.
Şikayətçi şirkətin fırıldaqlarını açıqlayıb: “Bu və digər xidm­ətlər "Bakcell" abun­əçilərinin ən çox üz tutduğu xidmət növl­ərinə aiddir. Üstəlik Bakcell danışıq qi­ymətlərinidə qaldırıb.
Belə ki ƏlaCIN tar­ifində şəbəkəxarici danışıq 1 dəqiqə=0,09 qəpikdən 1 dəqiqə=­0,12 qəpiyə qaldırıl­ıb.(17.04.2017-ci il tarixindən qaldırıl­ıb.)
Bütün bu sadala­dıqlarım hələ bu bah­alaşmaların bir hiss­əsidir. Onsuzda bizdə qiymətlər digər öl­kələrlə müqayisədə 3-4 dəfə bahadır və buna görə dəfələrlə mobil operatorlar haq­lı olaraq kəskin tən­qid olunublar.
Lakin tənqiddən nəticə çı­xartmaq və qiymətləri endirmək əvəzinə mobil operatorlar əks­inə hər il qiymətləri 2-3 dəfə qaldırır. Hətta elə ölkələr var ki, həmin ölkələrdə mobil danışıq tari­fləri bizim ölkə ilə müqayisədə 5 dəfə ucuzdur.
Təsəvvür edin Avropa Birliyi ölkələri öz aralarında rouminqi ləğv edir, bizdə isə mobil operatorlar rouminq xidməti üçün fantastik qiymətlər müəyyənləşdirir. Mobil operatorlarla bağlı çox sərt tədbirlər görülməlidir”.