Yoluxanların sayı 5000-i ötdü
- 1-02-2022, 19:23
- 401
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
31 Yanvar 2022-ci il tarixində 2186 yoluxma faktı və 14 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38362 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3308, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1420, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33634 nəfərdir.