SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Tarix:

30-01-2022, 13:00

/ 599 dəfə oxundu.
Sabah hava necə olacaq?

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Şərhlər

XƏBƏR LENTİ