Bu ərazilərdən narkoticarət trafikinin qarşısını almışıq - Səfər Mehdiyev

Cəmiyyət

Torpaqlarımızın işğaldan azad olunması həmin ərazilərdən keçən narkoticarət trafikinin qarşısını alıb.

Bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə DGK-nin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, trafikin qarşısının alınması sayəsində ötən ilin ikinci yarısından sonra 2 tondan çox narkotik vasitə aşkarlanıb.