Abdin Fərzəliyev müavinini və bir neçə əməkdaşı işdən azad ETDİ

Cəmiyyət

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır.

"Unikal"-ın əldə etdiyi məlumata görə Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham Quliyevi tutduğu vəzifədən azad edib.

Bununla yanaşı,  A. Fərzəliyev köməkçisi Fuad Xəlilovu ,  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  baş məsləhətçiləri Elgün İsgəndərov və Mirqasım  Mirişlini də  işdən çıxarıb.