Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - ARTIM DAVAM EDİR
- 28-01-2022, 20:08
- 483
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
27 Yanvar 2022-ci il tarixində 3361 yoluxma faktı və 14 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 887 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.