Vaqif Əsədov İslamiadanın bağlanış mərasimi ilə əlaqədar sürücülərə müraciət edib
- 22-05-2017, 15:34
- 83 754
Bu barədə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, Azneft dairəsindən, Neftçilər, Yusif Səfərov, Heydər Əliyev prospektləri, həmçinin Sabunçu dairəsi və Ziya Bünyadov prospektindən Olimpiya stadionu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilir.
V.Əsədov bildirib ki, ümumiyyətlə, çalışmaq lazımdır ki, gün ərzində həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin. Sözsüz ki, tamaşaçıların da həmin əraziyə daşınması xüsusi ayrılmış avtobuslarla həyata keçiriləcək.
O əlavə edib ki, sarı zolaq üzrə hərəkətlə bağlı qayda qəbul edilmiş qərar əsasında mayın 25-ə dək davam edəcək.