Azərbaycanda yoluxma yenidən 1000-i keçdi
- 19-01-2022, 17:01
- 393
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Xatırladaq ki, 18 Yanvar 2022-ci il tarixində 930 yoluxma faktı və 12 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 097 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.