Müdafiə Nazirliyindən partlayış səsi ilə bağlı AÇIQLAMA

Cəmiyyət

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bu barədə Xalqxeber.az a Müdafiə Nazirliyindən məlumat verilib.
"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - deyə məlumatda qeyd olunub.