ADU inşa müsabiqəsi elan edir
- 10-01-2022, 16:30
- 536
Universitetdən "Unikal"a verilən məlumata görə, müsabiqəyə azərbaycan, çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. İnşalar ədəbi-bədii məzmununa və orijinallığına əsasən qiymətləndiriləcək. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.
Müsabiqə iştirakçılarının işləri mart ayının 1-dək rafabba@yandex.ru elektron poçt ünvanında qəbul edilir.
Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək və Azərbaycan-Çin dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixinə marağı dəstəkləməkdir.